Maide.az

Hindistan polisi Şiə əzadarlarına hücum edib

Islamazeri.az "Press Tv"-yə istinadən xəbər verir ki, bu gün Hindistan polisi Kəşmirin əsas şəhərlərindən biri olan Srinaqarda İmam Hüseyn (ə) əzadarlarına hücum edib.  Adının çəkilməsini istməyən şiə əzadarı "Press Tv"-yə belə danışıb: "Dinc əhaliyə qarşı bu cür vəhşiliklər törədirlər.  Belə olduğu halda Hindistanda hansı demokratiyadan söz gedə bilər?! Beynəlxalq ictimaiyyət bu özbaşınalığa etirazını bildirməlidir" Qeyd edək ki, 1989-cu ildən etibarən Kəşmirin Hindistanın nəzarətində olan hissələrində Məhərrəmlik mərasimlərinin keçirilməsi qadağan edilib.  /