Maide.az

Hindistan, Pakistan və Banqladeşdə “sibir xorası”nın ocaqları tapılıb

Hindistan, pakistan və Banqladeşdə «sibir xorası»nın ocaqları tapılıb.   Bu barədə Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifah Nəzarəti Federal Xidməti (Rospotrebnadzor) xəbərdarlıq edib.   Qurumun Mətbuat Xidmətindən bildirilib ki, Banqladeşdə 1 uşağın ölümü qeydə alınıb, dahşa 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, onlar xəstəliyə yoluxmuş ət yeyiblər.   Statistikaya görə mayın 27-dən iyunun 7-nə kimi  Banqladeşdə "sibir xorasına" yoluxanların sayı 25 nəfərə çatıb. Rəsmi hökumət xəstəliyin yayılmasının qarşısının alınması üçün tədbirlərə başlayıb.   Pakistanda, Xürrəm rayonunda iyunun 10-da 40 inək və qoyun məhv olub. Onların hamısı sözügedən xəstəlikdən ölüb. Veterinar xidmətlər xəstəliyin yarandığı ərazilərdə vaksiyanasiya həyata keçirirlər.   Hindistanda da 1 nəfər "sibir xorası" ehtimalı ilə xəstəxaya yerləşdirilib. (faktxeber) /