Maide.az

Hindistan ordusu Kəşmirə hücum etdi, ölənlər var

  Hindistan ordusu Pakistanın Kəşmir bölgəsinə hücum edib.   Maide.Az “anadolu” agentliyinə istinadla xəbər verir ki,  Hindistan ordusunun açdığı atəş nəticəsində  Kəşmirdə  4 nəfər dinc sakin həyatını itirib  və 1 nəfər yaralanıb.    Pakistan ordusunun verdiyi açıqlamada bildirilir ki, Hindistan ordusu heç bir səbəb olmadan atəşkəs rejimini pozub.     Hazırda Pakistan ordusunun hazır vəziyyətə gətirildiyi və gərginliyin davam etdiyi qeyd olunur.