Hindistan ordusu Kəşmirdə sərnişin avtobusunu vurub, 11 nəfər ölüb
Hindistan ordusu Kəşmirdə sərnişin avtobusuna artilleriya zərbəsi endirib. APA-nın "The Hindustan Times"a istinadən verdiyi məlumata görə, Pakistan tərəfi avtobusun atəşə tutulması nəticəsində 11 nəfərin öldüyünü açıqlayıb. Hindistan atəş faktını təsdiqləyib, lakin artilleriyanın yalnız Pakistanı tərəfinin atəşinə cavab olaraq zərbə endirdiyini bəyan edib. /