Hindistanın Racastan əyalətində donuz qripi həyəcanı
Hindistanın Racastan əyalətində son günlər artan hadisələrə görə domuz qripi ilə həyacan təbli çalınıb. Maide.Az “dunyabulteni”nə istinadən xəbər verir ki, Hinsitanın Racastan əyalətində 500-ə yaxın insanın donuz qripinə yoluxduğu bildirilir. "The Hindu" qəzetində yer alan məlumata görə, dekabr ayında 400-dən çox xəstəyə donuz qripi diaqnozu qoyulan bu əyalətdə ötən 3 gün ərzində daha 85 nəfərdə donuz qripi virusu aşkarlanıb. Racastan əyaləti üzrə səhiyyə naziri Kaliçaran Saraf bildirib ki, infeksiyanın yayılmasının qarşısını almaq üçün lazimi addımlar atılıb. Donuz qripinə yoluxanların müalicəsinə tez bir zamanda müalicəsi üçün çalışılır. Ötən il Racastan əyalətində 3 min 214 nəfər bu virusa yoluxub. Onlardan 241 nəfəri ölüb.