Hindistanlı üç yaşlı qız Quran qarisi oldu – FOTO
3 yaşlı Saba Bequm Hindistanın Heydərabad şəhərində Camiətul Muminat mədrəsəsinin Fatimətul Bənətin filialında təhsil alaraq artıq Quranı təcvid qiraət qaydaları ilə tilavət etməyi öyrənib. Maide.AZ xəbər verir ki, mədrəsәnin direktoru xanım Ənəs Fatimə açıqlama verərək, kiçik yaşda olan tələbələrinin Quranın təcvid qiraət qaydalarını tam mənimsədiyini və təcvidlə bağlı istənilən suala cavab verə biləcəyini açıqlayıb. Balaca Saba hər il keçirilən Quran yarışmasında da iştirak edib və təcvid üzrə ona edilən bütün sualları cavablandırıb ən yüksək nəticəni əldə edib.