Maide.az

Hindistan kosmik fəzaya eyni vaxtda 104 peyk buraxmaqla rekorda imza atıb

Hindistan kosmik fəzaya eyni vaxtda 104 peyk buraxmaqla rekorda imza atıb.   Trend-in məlumatına görə, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı Yer səthini müşahidə edəcək “Cartosat-2” peykini fəzaya buraxıb. Həmin peyklə yanaşı, çəkisi 1-10 kilqoram ətrafında 103 ayrı peyk də buraxılıb.   Qeyd edək ki, bundan əvvəlki rekord Rusiyaya məxsus idi. Rusiya 2014-cü ildə fəzaya 37 peyk göndərmişdi.