Maide.az

Hindistan Kəşmirə yenidən hücum etdi

Hindistan ordusu iki gündür Kəşmir müsəlmanlarına hücumlar təşkil edir. Maide.az xəbər verir ki, Hindistanın Pulvama bölgəsində 2 Kəşmirlinin öldürülməsindən sonra sabitlik pozulub. Bölgədə Hindsitan ordusu ilə kəşmirlilər arasında çaxnaşmalar başlayıb. İlkin məlumatlara görə, son iki gündə baş verən hadisələrdə 4 hind əsgəri və 4 Kəşmir sakini ölüb. Hindistan Ordusundan verilən rəsmi açıqlamada ölənlərin Pakistan vətəndaşı olduğu deyilir. Hətta onların Ceyş Əl Məhəmməd qruplaşmasına bağlı olduğu deyilir. /