Maide.az

Hindistanda sel və daşqınlar nəticəsində 80 nəfər həlak olub

Hindistanda güclü yağışlar nəticəsində sel və  daşqınlar baş verib. Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə,  sel və daşqınlar nəticəsində  80 nəfər həlak olub yüzlərlə isnan itgin düşüb. Məlumata əsasən, Otarpradeş vilayətində 28 nəfər və Otarakənd vilayətində 52 nəfər həlak olublar. Daşqınlar nəticəsində yüzlərlə nəfər itkin düşüb və 300 min insan daşqınlardan ziyan görüb. Hindistan hökuməti  sel və daşqınlardan əziyyət çəkən insanlara təcili yardım əməliyyatları başlanılıb. /