Maide.az

Hindistanda sərnişin qatarı relsdən çıxıb

Hindistanın şimalında yerləşən Ray-Bareli şəhəri (Uttar-Pradeş ştatı) yaxınlığıdna sərnişin qatarı relsdən çıxıb. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, qatarın relsdən çıxması nəticəsində azı 6 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb. Məlumata əsasən, qəzaya uğrayan qatar Malda şəhərindən (Qərbi Benqaliya ştatı) ölkənin paytaxtı Nuy-Deliyə gedirmiş. Hazırda qəza baş verən yerdə xilasedicilər işləyir. Xəsarət alanlar xəstəxanaya açtdırılıb. Bildirilir ki, ölnlərin sayı arta bilər. Qatarın relsdən çıxmasının səbəbi hələki məlum deyil. Araşdırma aparılır.