Maide.az

Hindistanda sərnişin qatarı fillərlə toqquşub

Tass-a istinadən verilən məlumata görə, Hindistanın şərqi Benqal ştatında sərnişin qatarı dəmiryolunu keçən fillərlə toqquşub. Nəticədə 3 fil ölüb. Sərnişinlərdən xəsarət alan olmayıb.   Qeyd edək ki, bu dəmiryolu şəbəkəsində bu ilk belə hadisə deyil. Cari ilin may ayında analoji hadisəyə görə 4 heyvan həlak olmuşdu. Ümumiyyətlə, dəmiryollarında fillərin kütləvi ölümü barədə mütəmadi xəbərlər gəlir. Ekoloqlar bu heyvanların müdafiəsi üçün hökumətdən tədbir görmələrini, cəngəlliklərdən keçən xüsusi təhlükəli yollada baryerlərin qurulmasını tələb edirlər.   Hindistanda xortumlular nəslinin bu nümayəndəsi üçün xüsusi qanunvericilik var, onların öldürülməsi və ovlanması qadağandır.   Hər 5 ildən bir ekspertlər fillərin siyahıya alınmasını aparırlar. Növbəti siyahıya alma cari ilin oktyabr ayında başlayacaq.   2011-2012-ci illərin statistikasına görə, ölkədə 30 min fil olub. Halbuki, XX əsrin əvvəllərinndə bu göstərici 200 mindən artıq idi. (faktxeber) /