Hindistanda qar uçqununda 19 nəfər ölüb
Hindistanın Cammu və Kəşmir əyalətində qar uçqunu nəticəsində 19 nəfər ölüb. Maide.Az APA-ya istinadən xəbər verir ki, ölənlərdən 15-i əsgər və sərhəd xəttinin nəzarətçiləridir. Digər 4 nəfər isə qarın dağın ətəyindəki evlərini basması nəticəsində ölüb. Onlardan ikisi uşaqdır. Ərazidə bir neçə kənd işıqsız və istiliksiz qalıb. Qar uçqunu nəticəsində ölənlərin sayının artacağı istisna olunmur. /