Maide.az

Hindistanda qar uçqunu 11 nəfərin həyatına son qoyub

Hindistanın Cammu və Kəşmir ştatında qar uçqunu nəticəsində 11 nəfər həlak olub.   Maide.Az xəbər verir ki, “Hindustan Times” nəşrinin rəsmi mənbələrə istinadla yaydığı məlumata görə, hadisə Kupvara dairəsində cümə günü axşam baş verib. Həlak olanlar arasında uşaqlar da var.   Qar uçqunu altında qalan insanların axtarışında polislər, hərbçilər və yerli sakinlər iştirak edirlər. İki nəfəri xilas etmək mümkün olub.(azərtac)