Hindistandan 175 min müsəlman Həcc ziyarətinə gedəcək
Hindistan Həcc Komitəsinin məlumatına görə, cari ildə bu ölkədən 175 min müsəlman Həcc ziyarətinə gedəcək. Maide.Az “hawzahnews”a istinadən xəbər verir ki, Hindistanlı hacılar avtobus və təyyarə ilə həcc ziyarətinə gedir. Hindistanlı hacıların ilk qrupu avtobuslarla iyul ayınn 14-dən Səudiyyə Ərəbistana səfər edib. Təyyarə ilə hacıların ilk qrupu isə 3 gün öncə Səudiyyə Ərəbistana səfər edib. Sonuncu qrupu avqust ayının 14-də Məkkəyə səfər edəcək.