Maide.az

Hindistanda məktəbliləri daşıyan avtobusu çaya düşüb, 49 nəfər xəsarət alıb

Hindistanın Maxaraştra ştatının Palqxar əyalətində məktəbliləri daşıyan avtobus çaya düşüb.    APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər, Mumbai-nin 100 kilometrliyində baş verib. Qəza nəticəsində 49-dan çox məktəbli xəsarət alıb.   Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.