Maide.az

Hindistanda məktəbdə partlayış olub

Hindistanın mərkəzi hissəsində məktəblərin birində partlayış olub.   Trend-in məlumatına görə, ammiak balonunun partlaması nəticəsində 15 məktəbli xəsarət alıb.   Məlumata görə, partlayış soyuducu anbarda sızma nəticəsində baş verib.   10-larla şagirdin qazdan huşunu itirdiyi deyilir.   Məktəbin yaxınlığındakı binaların sakinləri də təxliyə edilib. Hazırda vəziyyətin nəzarətdə olduğu bildirilir.