Maide.az

Hindistanda kəskin soyuqlar 143 adamı öldürdü

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında anomal soyuqlarla əlaqədar son sutka ərazində 40-dan çox sakin həlak olub.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, son bir neçə gün ərzində ölkə ərazisi üçün rekord hesab olunan 8 dərəcəyədək şaxta hökm sürür.   Ümumilikdə, yanvarın 5-dən davam edən soyuqlardan 143 nəfər həlak olub.   Bildirilir ki, təbiət hadisəsi ilə əlaqədar məktəblərdə dərslər dayandırılır.   Kəskin soyuqların yaxın iki gündə davam edəcəyi proqnozlaşdırılır.