Maide.az

Hindistanda fabrikdə yanğın baş verib, 8 nəfər ölüb, 25-i xəsarət alıb

Hindistanın Carkxand ştatında fişəng istehsal edən fabrikdə güclü yanğın baş verib.   Bu barədə “Hindustan Times” qəzeti xəbər verib.   Hadisə nəticəsində azı 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb. Hazırda hadisə yerində 6 yanğınsöndürən briqada çalışır. Yanğının səbəbləri və dəymiş ziyanın miqdarı hələ ki, məlum deyil. (apa) /