Maide.az

Hindistanda binanın divarı çöküb: 16 ölü

Hindistanın Puna şəhərində inşası davam edən binanın 23 metrlik divarı çöküb.   Maide.Az Trend-ə  istinadən xəbər verir ki,  divarın çöklməsi nəticəsində azı 16 işçi həlak olub.   Bildirilir ki, divarın çökməsinə səbəb güclü yağışlar olub.   Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.   Məlumata əsasən, dağıntılar altında insanlar ola bilər.