Maide.az

Hindistanda ağır yol qəzası baş verib: 17 ölü, 12 yaralı

Hindistanın Uttar-Pradeş ştatında sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.   Maide.Az Trend-ə istinadən xəbər verir ki, yol qəzası nəticəsində azı 17 nəfər həlak olub, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 3-nün vəziyyəti ağırdır.   İlkin məlumata əsasən, sərnişin avtobusu ötmə əməliyyatı etmək istəyərkən maneəyə çırpılıb və aşıb.   Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.