Maide.az

Hindistanda anomal istidən ölənlərin sayı 1100 nəfəri keçib

Son məlumata görə, Hindistanın cənubunda hökm sürən anomal isti hava 1118 nəfərin ölümünə səbəb olub.   Maide.az-ın məlumatına görə, bu barədə Hindistanın Meteoroloji Departamentinin məlumatında bildirilir.   Məlumata görə, anomal isti hava səbəbindən ən çox ölüm halları Andxra Pradeş ştatında  qeydə alınıb – 852 nəfər.  Telanqana ştatında isə  266 nəfər istilərin qurbanı olub. Andxra Pradeş ştatında  44,8  dərəcə isti qeydə alınıb. Telanqana ştatında isə temperatur rekordu 46,8 dərəcə təşkil edib.     Sinoptiklər anomal istilərin  2 gün davam edəcəyini proqnozlaşdırıblar.