Maide.az

Hindistanda çadra və niqab qadağan edilə bilər

Hindistanda hakim koalisiyasına daxil olan millətçi "Şiv Sena" partiyası öllkənin baş naziri Narendra Modidən Şri-Lankadakı kimi çadra və niqabı qadağan etməsini tələb edib. Maide.Az "FaktXəbər"-ə istinadən xəbər verir ki, bu barədə ""RİA Novosti agentliyi yazıb. "Biz Şri-Lankanın qərarını tam dəstəkləyirik və baş nazir Narendra Modidən Hindistanda da çadra və niqabı qadağan etməsini tələb edirik", - bəyanatda deyilir. Xatırladaq ki, silsilə terror aktları aprelin 21-də xristianların Pasxa bayramı günü baş verib. Həmin vaxt katolik kilsələr və beşulduzlu otellərdə ümumilikdə səkkiz partlayış baş verib. Son məlumatlara görə,  ölənlərin sayı 350 nəfərə çatıb. Bundan başqa daha 500-ə yaxın insan yaralanıb. Qurbanlardan 45-nin uşaq, 35-nin isə xarici ölkə vətəndaşı olduğu bildirilir.