Maide.az

Hindistanda 3 gündə musson yağışları 74 nəfərin həyatına son qoydu

Hindistanın Uttar Pradeş ştatında baş verən güclü yağışlara görə ölənlərin sayı 74-ə çatıb.    Maide.Az “NTV”ə istinadən xəbər verir ki, ştatın müxtəlif bölgələrində üç gündür yağan güclü yağışlarda 77 nəfər də yaralanıb.   Bölgədə 500 evin dağıldığı yağışlarda , bəzi evlərin divarları dağılıb,  elektrik dirəkləri aşıb və yollar su altında qalıb.    Hökumət fəlakətdə həlak olanların ailələrinə, yaralananlara və evləri ziyan çəkənlərə maliyyə yardımı göstəriləcəyini açıqlayıb.   Rəsmi qurumların açıqlamalarında, 1 iyundan etibarən ölkəni təsiri altına alan musson yağışlarına görə ölkə daxilində 600-dən artıq adamın öldüyü, 200-e yaxın adamın isə yaralandığı bildirilir.   Qeyd edək ki, Hindistanda, keçən aydan başlayaraq davam edən musson yağışları nəticəsində yaranan sel və torpaq sürüşməsi nəticəsində 55 min ev ziyan görüb, 1 milyondan çox heyvan tələf olub.   Bu ilin Hindistanda son 64 ildə ən şiddətli yağışların yağdığı il olduğu bildirilir.