Maide.az

Hindistanda 16 nəfər leysan yağışların qurbanı olub

Son gün ərzində Hindistanın şimalındakı Uttar-Pradeş ştatında leysan yağışları nəticəsində 16 nəfər ölüb, daha 12 nəfər ağır xəsarətlər alıb.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, yerli hakimiyyət orqanlarına istinadən verilən məlumata görə, 6 nəfər ildırımın qurbanı olub, digərləri isə torpaq sürüşməsinin və kənddə ağacın evin damı üstünə aşması nəticəsində ölüblər.   Regionda təbii hadisə nəticəsində ümumilikdə 460-dan çox ev zərər çəkib.   Hindistanda musson yağışlar iyundan sentyabrın ortalarına qədər davam edir.   Rəsmi məlumata görə, bu il ərzində 1000-dən çox insan leysan yağışların qurbanı olub.