Maide.az

Hikmətli sualllar, hikmətli cavablar

Bir gün İmam Əmirəlmöminin Əli (ə) oğlu Həsəndən (ə) soruşdu:   يا بُنَيَ مَا العَقلُ؟ قالَ : حِفظُ قَلبِكَ مَا استُودِعتَهُ. قالَ : فَمَا الحَزمُ؟ قالَ : أن تَنتَظِرَ فُرصَتَكَ ، وتُعاجِلَ ما أمكَنَكَ . قالَ : فَمَا المَجدُ؟ قالَ : حَملُ المَغارِمِ ، وَابتِناءُ المَكارِمِ. قالَ : فَمَا السَّماحَةُ؟ قالَ : إجابَةُ السّائِلِ ، و بَذلُ النّائِلِ. قالَ : فَمَا الشُّحُّ؟ قالَ : أن تَرَى القَلِيلَ سَرَفا ، و مَا أنفَقتَ تَلَفا. قالَ : فَمَا الرِّقَّةُ؟ قالَ : طَلَبُ اليَسيرِ ، و مَنعُ الحَقيرِ. قالَ : فَمَا الكُلفَةُ؟ قالَ : التَّمَسُّكُ بِمَن لا يُؤَمِّنُكَ، و النَّظَرُ فيما لا يَعنيكَ . قالَ : فَمَا الجَهلُ؟ قالَ : سُرعَةُ الوُثوبِ عَلَى الفُرصَةِ قَبل الاستِمكانِ مِنها، و الامتِناعُ عَنِ الجَوابِ. و نِعمَ العَونُ الصَّمتُ فِي مَواطِنَ كَثيرَةٍ و إن كُنتَ فَصيحا. ثُمَّ أقبَلَ صَلَواتُ اللّه ِ عَلَيهِ عَلَى الحُسَينِ ابنِهِ عليه السلام فَقالَ لَهُ : يا بُنَيَ ما السُّؤدَدُ؟ قالَ : اصطِناعُ العَشيرَةِ ، وَ احتِمالُ الجَريرَةِ. قالَ : فَمَا الغِنى؟ قالَ : قِلَّةُ أمانِيكَ ، وَ الرِّضى بِما يَكفيكَ. قالَ : فَمَا الفَقرُ؟ قالَ : الطَّمَعُ ، و شِدَّةُ القُنوطِ . قالَ : فَمَا اللُّؤمُ؟ قالَ : إحرازُ المَرءِ نَفسَهُ ، وَإسلامُهُ عِرسَهُ... ثُمَّ التَفَتَ إلَى الحارِثِ الأعوَرِ فَقالَ : يا حارِثُ، عَلِّموا هذِهِ الحِكَمَ أولادَكُم ؛ فَإنَّها زِيادَةٌ فِي العَقلِ وَ الحَزمِ وَالرَّأيِ. “Oğlum, əql nədir?” Dedi: “Qəlbinə əmanət qoyduqlarını qorumaq.” Buyurdu: “Uzaqgörənlik nədir?” Dedi: “Fürsət çəkdiyin zaman onu tapdıqda, tələsmək.” Buyurdu: “Alicənablıq nədir?” Dedi: “Zərərlərə dözüb, igidlik və mərdlik göstərmək.” Buyurdu: “Səxavət nədir?” Dedi: “Yoxsulun ehtiyacını ödəyib, qazancından bağışlamaq.” Buyurdu: “Paxıllıq nədir?” Dedi: “Azı israf, infaqı (Allah yolunda xərci) isə tələf sanmaq.” Buyurdu: “Zəriflik nədir?” Dedi: “Qənaət (yaxud da azı tələf etməmək) və dəyərsiz işlərdən çəkinmək.” Buyurdu: “Yük nədir?” Dedi: “Təhlükəsizliyini qoruya bilməyənə güvənmək və faydasız şeylərə göz dikmək.” Buyurdu: “Nadanlıq nədir?” Dedi: “Şəraiti hazır olmayan işə tələsmək və cavabdan çəkinmək. Əksər hallarda sükut söz ustası olsan da, ən yaxşı yardımçıdır.” Bu zaman İmam Əli (ə) üzünü oğlu Hüseynə (ə) tutub buyurdu: “Oğlum, böyüklük nədir?” Dedi: “Ailənin düzgün idarəsi və zərərlərə dözüm.” Buyurdu: “Ehtiyacsızlıq nədir?” Dedi: “Qısa arzular və azla kifayətlənmək.” Buyurdu: “Yoxsulluq nədir?” Dedi: “Tamah və ümidsizlik.” Buyurdu: “Alçaqlıq nədir?” Dedi: “Yalnız özünü düşünmək və namusu satmaq...” Bundan sonra İmam (ə) üzünü kor Harisə tutub buyurdu: “Ey Haris, bu hikmətli kəlamları övladlarınıza öyrədin ki, şüur, zəka və düşüncələri artar.” )“Məanil-əxbar”, səh.401, hədis 62. Bax: “Tühəfül-üqul”, səh.225; “Əl-ədədعl-qəviyyə”, səh.32, hədis 22; “Əl-möcəmül-kəbir”, c.3, səh.68, hədis 2688; “Tarixi-Dəməşq”, c13, səh.255.) Maide.az (Maarif böümü)