Hicab məhbusuna ağır itki üz verib
Hicab məhbusuna ağır itki üz verib. İslamazeri.az-ın məlumatına görə, hicab məhbusu Huseynov Elimxanın ailəsinə ağır itki üz verib. Bu gün səhər saatlarında onun babası Rəhimov Əlişah Qüddəsər oğlu 75 yaşında dünyasını dəyişib. Mərhum bu gün günorta saatlarında Şamaxının Cəyirli kəndində torpağa tapşırılacaq. Maide.az kollektivi olaraq, mərhumun yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin, ruhu şad olsun. /