Maide.az

Heydər Əliyev prospekti müvəqqəti bağlanır

Bu gün Bakıda daha bir mərkəzi küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.   Bu barədə Maide.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.   Pünhan  Mürsəliyevin sözlərinə görə, bu axşam saat 22:00-da Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsindən “Bağırov” körpüsünə qədər olan hissəsində gediş və gəliş olmaqla nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.   O, bildirib ki, bağlanan yolda üfüqi nişanlanma işləri həyata keçiriləcək.