Maide.az

Heydər Əliyev prospekti bağlanır

Bakının Heydər Əliyev prospekti bağlanır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən 04:00-dək Heydər Əliyev prospekti - əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yollardan istifadə etmələri tövsiyə olunur./