Maide.az

Helikopter qəzaya uğradı - VİDEO

12 nəfərin taleyi haqqında məlumat yoxdur   Türkiyənin Tunceli vilayətində helikopter qəzaya uğrayıb.   İstiPress “Hürriyət”ə istinadən xəbər verir ki, helikopterdə 7 polis, 2 hakim və 3 ekipaj üzvü olmaqla 12 nəfər olub. Hazırda ərazidə axtarış işləri aparılır.   Polis helikopteri yerli vaxtla saat 13:30-da radarlardan itib. Tunceli valiliyi qəzaya səbəb kimi, əlverişsiz hava şəraitini göstərir.   Helikopterdə seçki kampaniyasında işləyən vəzifəli şəxslərin olduğu deyilir.