Maide.az

Hava yağmursuz, şaxtalı olacaq

Bakı və Abşeron yarımadasında noyabrın 25-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.   Lakin gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var.   Mülayim cənub-qərb küləyi arabir güclənəcək.   Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturu gecə  yarımadada 1° şaxtadan 2°-dək isti, gündüz  3-6° isti, Bakıda gecə  0-2° isti, gündüz  4-6° isti olacağı gözlənilir.   Atmosfer  təzyiqi  normadan yüksək 776 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 55-60%  təşkil edəcək.   Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq.   Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.   Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 3-6° isti, dağlarda gecə  5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.