Maide.az

Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Noyabrın 27-də gecə və səhər Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.   Bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.    Azərbaycanın bəzi şərq rayonlarında noyabrın 27-si gecə və səhər arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.    Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.