Maide.az

Hava şəraiti ilə əlaqədar Bakıda sıxlıq yaranan küçələr açıqlanıb - FOTO

Qarlı hava şəraiti ilə əlaqədar olaraq Bakının bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Bu barədə Bakı Nəqliyyat Agentliyində məlumat verilib.   Məlumata görə, Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (mərkəz istiqamətində), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Yusif Səfərov küçəsi (mərkəz istiqamətində) sıxlıq müşahidə edilir.   "Yollar buz bağladığında sürücülər nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər", - deyə BNA sürücülərə müraciət edib. (apa) /