Maide.az

Hansı ölkənin nə qədər nüvə silahı var? - SİYAHI

Rəcəb Tayyib Ərdoğanın nüvə silahına sahib olan ölkələri tənqid etməsindən sonra hansı ölkədə bu silahdan olması məsələ gündəmə gəlib.   Maide.Az “Euronews”a istinadən xəbər verir ki, o, “Başqalarında nüvə başlıqlı raketlər var, amma bizdə bundan niyə olmamalıdır? Bunu qəbul etmirəm” deyə Türkiyənin nüvə silahına sahib olmasını istəməyənləri tənqid edib.   Ərdoğan bildirib ki, Tqrkiyənin yanında İsrail kimi təhlükə var və özünü təhlükədən sığortalamaq üçün nüvə silahına sahib olmasına ehtiyac var.   Maraqlı bir sual ortaya çıxır. Dünyada nə qədər nüvə silahı var?   Stokholm Beynəlxalq Sülh İnstitutu (SIPRI) və ABŞ Elm Adamları Federasiyasının (FAS) hesablamalarına görə, hazırda dünyada ümumilikdə 14 min 995 nüvə silahı var. Bunlar isə cəmi 9 ölkənin əlindədir.   Rusya – 6850   ABŞ – 6450   Fransa – 300 (hydrogen bombası da var)   Çin - 280   İngiltərə - 225   Pakistan - 150   Hindistan - 140   İsrail - 80   Şimali Koreya - 20