Maide.az

Hamının gözü qarşısında GİZLİ QALAN məxfi yerlər - FOTO

Bir çox insanın məhhur baxımlı yerlərlə «şəxsi tanışlığı» olmasa da, internet vasitəsi ilə tanıyır. Lakin ən məşhur turistik məkanların belə bir çox insanlardan gizlin qalan öz sirli yerləri var. Fransa, Paris. Qustaf Eyfelin gizli otağı Eyfel qülləsinin üçüncü səviyyəsində nə vaxtsa cənab Eyfelə məxsus olan appartament var.  Həmin otaqda o, vacib qonaqları, o cümlədən Tomas Edisonu qəbul edib. Bu gün Eyfel və Edissonun manekenlərinin oturduğu apartament ziyarətçilərin üzünə açıqdır.   ABŞ, Nyu-York, Tayms-skverdə boş bina Van-Tayms-Skverin öz sahiblərinə hər il 23 milyon dollar qazandırmasına baxmayaraq, orda atılmış ofis müəssisələrindən və birinci mərtəbədə aptekdən başqa heç nə yoxdur. Binanın sahibi olan firma 1992-ci ildə müflis olmuş, bundan sonra bina reklam kompaniyasına satılmışdı. Həmin vaxtdan Van-Tayms-skver nəhəng ekranlar üçün dayaq kimi istifadə olunur.   ABŞ, Nyuk-York, Siti-xoll metrosunun atılmış stansiyası «Siti-Holl» stansiyası 1904-1945-ci illər işləyib. Stansiyanın bağlanmasına səbəb tələbata əsasən vaqonları iri olan yeni qatarların dönə bilməməsi olub. «Siti-holl»u ancaq 6 saylı vaqonun son dayanacağında görmək mümkündür.   ABŞ, Raşmor dağı və gizli otaq Raşmor dağında 4 prezidentin portretlərindən əlavə, bir də məxfi otaq var. Orda 5 tonluq daş qayanın arxasında ABŞ tarixinin vacib sənədlərinin, o cümlədən Müstəqillik bəyannaməsinin bütün sürətləri saxlanılır.   İtaliya, Venesiya, Dojlar sarayında həbsxana Venesiyada Dojlar sarayının damı altında Piombi həbsxanası var. Orda vaxtilə Cakomo Kazanova saxlanılıb, hansı ki, zindanın 400 illik tarixində ordan qaça bilən yeganə məhbus olub. Həbsxananın mövcudluğu məhrum fakt olsa da, onun ziyarəti Dojlar sarayının standart baxış proqramına daxil deyil.   ABŞ, Nyu-York, Empayr-steyt-Bildinq,103-cü mərtəbə Məlumdur ki, binanın 102-ci mərtəbəsində baxış meydanı var. Ancaq şəhərə ancaq 103-cü mərtəbədən baxmaq mümkündür. Orda kiçik eyvanlı balaca otaq var. Ora ancaq heyət üzvlərinə və məşhur, vacib qonaqların üzünə açıqdır.     ABŞ, Disneyvorld, «Sindrella» qalasında gizli apartamentlər Baxmayaraq ki, otaq çox bahalı otelin nömrəsinə oxşayır, orda heç bir pul müqabilində qalmaq mümkün deyil. Bunun üçün hər il yanvar ayında keçirilən oyunda qalib olmalısan. ABŞ, Nyu-York, Azadlıq abidəsinin məşəlində baxış meydanı   1916-cı ilə kimi məşəldə olan eyvana pilləkən qalxırdı. 1916-cı ildə məşəl partlayış nəticəsində zərər görür. Bundan sonra ora həmişəlik turistlərin üzünə bağlanır. (faktxeber) /