Maide.az

Hafiz Babalı sərbəst buraxılıb

REAL Hərəkatının Sumqayıt El Məclis sədri Hafiz Babalı bu gün saat 13:00 radələrində Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb.   Bu barədə məlumat qaynar.info-ya Sumqayıt El Məclisindən daxil olub.   Hafiz Babalının hansı səbəbdən bölməyə çağırılması isə məlum deyil.   Verilən son məlumata görə, Hafiz Babalı bir neçə saat polis idarəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.   Hafiz Babalı saxlanılması haqda Meydan TV-yə deyib ki, ondan Sumqayıt şəhərində ReAL-ın dərirmi masalarının keçirməsi barədə izahat alınıb.