Maide.az

Hacıqabulda zəlzələ olub

Bu gün yerli vaxtla saat 16:58-də Əli Bayramlı seysmik stansiyasından 32 kilometr şimal-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.     Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qafqazinfo"ya verilən məlumata görə, yeraltı təkanın maqnitudası 3,3, dərinliyi 5 kilometr olub.       Zəlzələ hiss olunmayıb.