Maide.az

Hacıqabulda partlayış baş verib - YRNİLƏNİB

Hacıqabul-Qalmaz qaz kəmərində yanğın avqustun 7-də saat 20.35-də Hacıqabul rayonu ilə sərhəd olan Abşeron rayonunun çöllük ərazisində qeydə alınıb.    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul magistral qaz kəmərləri sahəsindən Qalmaz yeraltı qaz anbarını birləşdirən 750 mm diametrlik yüksək təzyiqli qaz kəmərində baş verən yanğın 3 saata qədər davam edib.    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub.    Boru xəttində qazın verilişi dayandırılıb və təxminən 23.30-da kəmərdə yanğın söndürülüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları,  “Azəriqaz” ASC-nin mütəxəssisləri və məsul şəxslər cəlb olunub.    Qəzanın başvermə səbəbləri araşdırılır. Hadisə nəticəsində xəsarət alan olmayıb.   *** Hacıqabul rayonunda partlayış olub.   Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, partlayış SOCAR-a məxsus kəmərdə baş verib.   Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.