Hacıqabulda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib
Daxili İşlər Nazirliyi (DİN) Hacıqabulda bir ailənin dəm qazından zəhərlənməsi faktı ilə bağlı məlumat yayıb. Maide.Az nazirliyin saytına istinadən məlumat verir ki, oktyabrın 18-də Hacıqabul şəhərində yaşayan Məcid Ağamalıyev, onun həyat yoldaşı Elmira, oğlu Emil, gəlini Turanə, nəvələri Gülnur, Gülay və qohumu Pərvinə Aslanova dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. /