Maide.az

Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.   Verilən məlumata görə, hadisə səhər saat 5.35 radələrində Hacıqabul şəhəri Ə. Vahid küçəsi 107/a ünvanında qeydə alınıb.   Ağamalıyevlər ailəsinə məxsus mənzildə qaz cihazından sızan dəm qazı ailənin 6 üzvünü zəhərləyib.   Onlardan 2012-ci il təvəllüdlü Ağamalıyeva Günay, 2002-ci il təvəllüdlü Ağamalıyeva Gülnarə, 1986-cı il təvəllüdlü Ağamalıyeva Türanə, 1958-ci il təvəllüdlü Ağamalıyeva Elmira, 1982-ci il təvəllüdlü Ağamalıyev Emil və 1955-ci il təvəllüdlü Ağamalıyev Məcid dəm qazından zəhərlənmə diaqnozu ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirliblər. (apa) /