Hacı Məsim Novruzov vəfat edib
"İnna lillah və inna ileyhi raciun" Tanınmış ruhani, uzun illər Bülbülə qəsəbəsindəki "İmam Ümmət" məscidində xidmət göstərmiş Hacı Məsim Novruzov uzun sürən xəstəlikdən sonra vəfat edib. Qeyd edək ki, Hacı Məsim ictimai şəxsiyyət və el ağsaqqalı olub. Bir müddət isə absurd ittihamla 2 il həbs həyatı yaşayıb. Hacı Məsim kasıblara əl tutan bir şəxs və Əhli-beyt (ə) aşiqi kimi tanınıb. Allah rəhmət eləsin. Xatırladaq ki, Hacı Məsim Novruzov ilahiyyatçı Ruhullah Novruzzadənin atası və ruhani Hacı Abgül Süleymanovun qayınatasıdır. Mərhum sabah (26 iyul) günorta namazından sonra Bülbülə qəsəbəsindəki kənd qəbiristanlığında dəfn olunacaq.