Maide.az

Hacılara 1 milyon Quran paylanıldı

Cari ilin Həcc mərasiminin ilk günlərindən indiyədək "Məscidul-Həram"ın mütəvəlliləri tərəfindən hacılara 1 milyon Qurani-Kərim nüsxəsi paylanılıb.   Maide.Az İQNA-a istinadla xəbər verir ki, Həcc mərasimi ərəfəsində Mədinə şəhərinin "Peyğəmbər Məscidi" (Məscidun-Nəbi) və müqəddəs Məkkə şəhərinin "Məscidul-Həram" ibadət ocaqları tərəfindən Allahın evinin ziyarətçilərinə xidmət çərçivəsində bütün hacılara Quran nüsxələri paylanılıb.   Zəvvarlara paylanılan Quran nüsxələri ilə yanaşı müxtəlif dillərdə tərcümə, təfsir və Bril əlifbası ilə Quranlar da paylanılıb.