Maide.az

Hacı Şahinə QMİ-də vəzifə verildi

İlahiyyatçı, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsində (QMİ) vəzifə təyinatı alıb.   Hacı Şahin Həsənli Maide.az xəbəri təsdiqlədi. O bildirdi ki, QMİ sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin edilib.   Bundan başqa, ilahiyyatçı Mircəfər Əyyubzadəyə QMİ-nin Fətva şöbəsində vəzifə verilib.   QMİ-nin mətbuat xidməti faktı təsdiqləyib.