Haaretz: İsrailin varlığını sürdürməsi ehtimalı sıfıra bərabərdir
Haaretz qəəzetinin yazarı, analitik Ariye Şavit Sionist rejiminin həyatda qalması ehtimalının sıfıra bərabər olduğunu bildirib. Maide.az xəbər verir ki, Şavit Haaretz qəzeti üçün yazdığı məqalədə sionistlərin pasport və vətəndaşlıq almaq üçün kütləvi şəkildə Avropa ölkələrinə üz tutmalarını İsrail rejiminin öz mövcudluğunu qoruya bilməsi ilə bağlı inamın xeyli azalmasının göstəricisi adlandırıb. Şavit yazır ki, İsrail vətəndaşlarının həyatının təhlükə ilə üzləşməsinin əsas səbəblərindən biri bu rejim başçılarının kor-koranə siyasətləri və dar düşüncə sahibi olmalarıdır. Şavit hazırda dünyada İsrailə və sionistlərə qarşı nifrətin genişlənməkdə olduğuna işarə edib və yazıb ki, İsrail diplomatiyası ardıcıl olaraq məğlubiyyətə uğrayır. O, daha sonra dünya universitetləri və akademik dairələrinin İsraili şərrin mənbəyi hesab etdiklərini bildirib və yazıb ki, artıq yəhudi tələbələr İsrailin elmi baxımdan boykot edilməsi üçün təbliğat aparmaqla məşğuldur. /