Maide.az

'Həşdi-şəbi' şəhidləri 'Amerikaya ölüm' və 'İsrailə ölüm' şüarları ilə dəfn olundu - VİDEO

'Həşdi-şəbi' şəhidləri 'Amerikaya ölüm' və 'Israilə ölüm' şüarları ilə  dəfn olundu    Bu gün İraqın paytaxtı Bağdadda minlərlə insan ötən gün ABŞ hücumu nəticəsində şəhid olan “Həşdi-şəbi” qüvvələrinin şəhidlərinin dəfn mərasimində iştirak edib.     Maide.Az xəbər verir ki, Əl-Cadiriyyə bölgəsində keçirilən dəfn mərasimində iştirakçılar Həşdi – şəbi şəhidlərini  “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları ilə son mənzilə yola salıb.    Dəfn mərasimində iştrak edənlər işğalçı ABŞ-ın Suriya ilə sərhəddə Qaim bölgəsini bombalamasını pisləyiblər.    Dəfn mərasimində  İraqın Milli Təhlükəsizlik müşaviri,  Silahlı qüvvələrin komandirləri, Həşdi-Şəbi komandanlığı və İranı digər rəsmi şəxsləri iştirak edib.