HƏMAS rəsmisi əsirlərin dəyişdirilməsinə hazır olduqlarını bəyan etdi
Fələstinin HƏMAS hərəkatının Qəzza zolağı üzrə lideri Yəhya əs-Sinvar İsrail rejimi ilə əsirlərin dəyişdirilməsi məsələsini müzakirə edə biləcəklərini açıqlayıb. O vurğulayıb ki, HƏMAS əsirlərin dəyişdirilməsi üçün tam olaraq hər şeyə hazırdır. Yəhya əs-Sinvar vasitəçi olaraq Misir hökumətinin danışıqlarda iştirak edə biləcəyini də istisna etməyib. Xatırladaq ki, Yəhya əs-Sinvar özü də 22 il həbs həyatı yaşadıqdan sonra 2011-ci ildə İsrail əsgəri Gilad Şalidin dəyişdirilməsi zamanı sərbəst qalmışdı. /eastnews.org/