Maide.az

HƏMAS fələstinliləri Qəzəb gününə çağırdı

Fələstinin müqavimət hərəkatı olan HƏMAS fələstinliləri İordan çayının qərb sahilində işğala qarşı "Qəzəb günü" keçirməyə çağırıb.   Bu barədə HƏMAS-ın bəyanatında deyilib.   “İordan çayının qərb sahilindəki qəsəbələrimizə və kəndlərimizə məskunlaşma hücumları ilə yanaşı, Məscidul-Əqsaya edilən hücum, xalqımız tərəfindən daha da böyük müqavimət və qarşıdurma ilə qarşılanacaq”, - deyə HƏMAS-ın bəyanatında bildirilir.   Xatırladaq ki, Fələstin ərazilərində "Qəzəb günü"ndə İsrailin yürütdüyü siyasətə qarşı kütləvi mitinqlər və etirazlar təşkil edilir./ eastnews/