Maide.az

Həzrəti Əbülfəzl Abbasın (ə) hərəminə məhərrəm ayının gəlişi ilə bağlı qara bayraqlar asılıb - FOTO

  Məhərrəmliyin gəlişi münasibətilə Kərbəla şəhərində yerləşən həzrəti Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmində xüsusi hazırlıqlara başlanılıb.    Maide.Az "alkafeel" saytına istinadən xəbər verir ki, həzrəti Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin idarəsi Məhərrəm ayı hazırlıqları çərçivəsində, hərəmin səhnləri və meydanlarını, o cümlədən qara bayraqlar, qara parçalara yazılmış dualar və şüarlar, o cümlədən matəmlə bağlı plakatlar yerləşdirib.