Maide.az

Həzrət Əli (ə) hərəmində Qədr gecəsi - FOTO

Nəcəfdəki İmam Əlinin (ə) hərəmində Qədr gecəsi və Həzrətin (ə) şəhadətinin növbəti ildönümündə Əhli-beyt (ə) aşiqləri o həzrətin hərəmini ziyarət edib.    Maide.Az xəbər verir ki, Əhli-beyt (ə) ardıcılları İraqın müxtəlif bölgələri və digər ölkələrdən Ramazan ayının Qədr gecələrində Həzrəti İmam Əlinin (ə) hərəmini ziyarət etmək  üçün Nəcəf şəhərinə gəlib.    Ziyarətçilər hüzn  və göz yaşları ilə o həzrətin zərbətlənməsi münasibətilə səhərədək  əzadarlıq edib, dualar oxuyublar.      Qeyd edək ki, Ramazan ayının 18-dən 19-na keçən gecə həm də Həzrət İmam Əli ibni Əbu Talibin (ə) İraqın Kufə məscidində sübh namazında xəvaric tərəfindən zərbətləndiyi gecədir. Bu qılınc yarasından 2 gün sonra İmam Əli (ə) şəhadətə qovuşub.   Xatırıadaq ki, pandemiya ilə əlaqədar  hərəmdə   bir sıra profilaktik tədbirlər görülüb.    Fotoları təqdim edirik: