Maide.az

Hər kim ‘Ənbiya’ surəsini eşq-məhəbbətlə oxusa...

Qurani-Kərimin 21-ci surəsində yer alan “Ənbiya” (Peyğəmbərlər) surəsi 112 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur.     “Ənbiya” surəsini oxumağın bir sıra bərəkətləri var. Qiyamət hesabının yüngüllüyü və peyğəmbərlə görüş bu bərəkətlərdəndir; bu şərtlə ki, surə eşqlə oxunsun, iman və əməl üçün müqəddimə olsun.   İmam Sadiq (ə) buyurur:   من قرأ سورة الانبياء حبا لها کان ممن رافق النبيين أجمعين في جنات النعيم و کان مهيبا في أعين الناس حياة الدنيا   “Hər kim “Ənbiya” surəsini eşq-məhəbbətlə oxusa, nemət dolu cənnət bağlarında bütün peyğəmbərlərlə birgə olar və dünya həyatında insanların gözündə heybətli, əzəmətli olar.” (“Səvabul-əmal”, səh.98.)   Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur:   .َمَنْ قَرَأَ سُورَةَ الْأَنْبِيَاءِ، حَاسَبَهُ اللَّهُ حِسَابًا يَسِيرًا، وَصَافَحَهُ وَسَلَّمَ عَلَيْهِ كُلُّ مَنْ ذُكِرَ اسْمُهُ فِي القرآن   “Ənbiya surəsini oxuyan şəxsin Allah-Taala (qiyamət) hesabını asanlaşdırar və Quranda adıçəkilən peyğəmbərlər onunla görüşüb, ona salam verərlər.” (“Nurus-səqəleyn”, səh.412.)     (Maide.az)