Maide.az

Hər kim ‘Hicr’surəsini oxusa...

  “Hicr” surəsi 99 ayədən ibarətdir və Qurani-Kərimin “İbrahim” surəsindən sonra 15-ci surəsində yer tutsa da, məşhur təfsirə görə, hicrətdən öncə Məkkədə, “Yusif” surəsindən sonra və “Ənam” surəsindən öncə Peyğəmbərə (s) nazil olmuş 52-ci surədir.   Ümumiyyətlə, “Hicr” surəsi aşağıdakı mətləblərdən bəhs edir:   – Qurani-Kərimin əzəmət və əhəmiyyəti, onun təhrifdən, əskilib-artırılmaqdan qorunması;   – Peyğəmbərə (s) yaxılan iftira və töhmətlər;   – Yaradılış sirlərini mütaliə etməklə varlıq aləminin Rəbinə iman gətirmək;   – Məad, ölümdən sonrakı həyat və azğınların əzabı;   – Həzrət Adəmin (ə) yaradılış dastanı və İblisin üsyankarlığı;   – Keçmiş qövmlərin, o cümlədən, İbrahim, Lut, Saleh və Şüeyb peyğəmbərlərin qövmlərinin sərgüzəştləri;   – Təsiredici xəbərdarlıqlar, təşviqlər, qorxutma və müjdələr;   – Müsəlmanların müxaliflər müqabilində müqavimət göstərməsi.   1. Peyğəmbəri-Əkrəm (ə) buyurmuşdur: من قرأ سورة إبراهيم عليه السلام و الحجر أعطي من الأجر عشر حسنات بعدد من عبد الأصنام و بعدد من لم يعبدها   “Hər kim “İbrahim (ə) və “Hicr” surələrini oxusa, bütə pərəstiş edən və pərəstiş etməyənlərin sayından on dəfə çox ona savab verilər.” (“Məcməül-bəyan”, 4-cü cild, səh. 193.)   2. Peyğəmbəri-Əkrəm (ə) buyurmuşdur: من قرأ هذه السورة اعطی من الحسنات بعدد المهاجرین و الانصار.   “Hər kəs bu surəni (“Hicr” surəsini) oxusa, ona mühacir və ənsar zümrələrinin sayı qədər savab əta olunar.” (“Əl-burhan fi təfsiril-Quran”, 8-ci cild, səh.42.)   Maide.Az